Maltanın paytaxtı Valettada keçirilən ATƏT-in xarici işlər nazirləri şurası çərçivəsində Qazaxıstanın xarici işlər naziri cənab Murat Nurtleunun Azərbaycan XİN başçısı Ceyhun Bayramovla ayaqüstü görüş keçirilib.
İctimai.az Qazaxıstan XİN-in sosial şəbəkələrinə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər, regiondakı vəziyyət müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.