Qazaxıstanda itkin düşən dörd yaşlı uşağın meyiti kanalizasiya quyusundan tapılıbbackend

Qazaxıstanda itkin düşmüş dörd yaşlı uşaq kanalizasiya quyusunda həyat əlaməti olmayan tapılıb.

Bu barədə “Kazakhstan Today” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Hadisə Akmola vilayətində baş verib. Polisə müraciət edən yerli sakin 4 yaşlı oğlunun həyətdə gəzintidən sonra yoxa çıxdığını bildirib.

Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları quyudan uşaq meyiti tapıblar.

Mənbə: Lenta.ru

İctimai.az