Qazaxıstandakı iki neft yatağında neft hasilatı dayandırılıbbackend

TASS-ın şirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Tengizchevroil” şirkəti Qazaxıstandakı Tengiz və Korolevskoye yataqlarında neft hasilatını dayandırıb.

Dayandırılmaya 18 yanvarda baş verən yanğın səbəb olub.

“Bu qərar istehsal müəssisələrində bəzi enerji paylama sistemlərinə təsir edən yaranmış vəziyyətlə əlaqədar qəbul edilib. Xəsarət alan olmayıb və personalın təhlükəsizliyi şirkətin əsas prioriteti olaraq qalır”, – şirkətin mətbuat xidməti bildirib.

18 yanvar səhəri Tengizchevroil şirkətinin müəssisəsindəki qaz turbinli elektrik stansiyasında bir neçə transformatorda yanğın baş verib.