Qazaxıstan neftin bir barrelinin qiymətini 65 dollardan ədalətli hesab edir.
Bu barədə çərşənbə axşamı RİA Novosti-yə ölkənin energetika naziri Bolat Akçulakov bildirib.
O vurğulayıb ki, neft bazarındakı vəziyyət Ukraynadakı vəziyyətin inkişafı ilə bağlı olacaq. Eyni zamanda, onun sözlərinə görə, ədalətli qiymət dəhlizi hər bir ayrı-ayrı ölkədən asılıdır.
Nazir əlavə edib ki, Qazaxıstan üçün bu qiymət 65 dollar/bareldən çoxdur.
Mənbə: RİA Novosti
İctimai.az

