“Qazprom” Çinə gündəlik qaz tədarükü rekordunu yeniləyibbackend

Yanvarın 3-də “Qazprom” Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb.

Bu barədə holdinqin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

“Rusiya qazının “Sibirin Gücü” qaz kəməri ilə tədarükü şirkətin gündəlik müqavilə öhdəliklərini yenidən aşdı”, – deyə məlumatda bildirilir.

Sibirin Gücü vasitəsilə tədarüklər Qazprom və Çin CNPC arasında ikitərəfli uzunmüddətli qaz alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir.

Mənbə: Bloomberg