“Qazprom” iyul ayı üçün Rusiya istehlakçılarına rekord həcmdə qaz tədarük edir.
Bu barədə holdinqin Telegram kanalında məlumat verilib.
Dövlət korporasiyasının məlumatına görə, iyulun 1-dən etibarən Rusiyanın Vahid Qaz Təchizatı Sistemindən hər gün qaz tədarükü bütün əvvəlki illərdə bu ayın maksimal göstəricilərindən yüksək olub.
Beləliklə, iyulun 4-də ay ərzində 688,8 milyon kubmetr həcmində yeni tarixi tədarük rekordu qeydə alınıb.