Qazprom və Qazaxıstan iki ölkəyə qaz tranziti üçün müqavilə imzalayıbbackend

Rusiyanın “Qazprom” enerji şirkəti Qazaxıstanla Qırğızıstan və Özbəkistana qaz tranziti üçün müqavilələr imzalayıb. Bu barədə TASS yazır.

Sənədin imzalanması mərasimi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində baş tutub. Tədbir iyunun 5-dən iyunun 8-dək keçirilir.

Agentliyin məlumatına görə, bununla yanaşı, “Qazprom” Qırğızıstanın cənub və şimalına qaz tədarükü haqqında müqavilə imzalayıb. Bundan başqa, enerji şirkəti “Bişkekteploenergo” və “Elektrik stansiyaları” şirkətləri ilə qaz tədarükünə dair müqavilələr bağlayıb.

Mənbə: TASS