“Qazprom”un Ukrayna üzərindən Avropaya daşıyacağı qazın həcmi 20 faiz artacaqbackend

Rusiyanın enerji şirkəti “Qazprom”un Ukrayna üzərindən Avropaya göndərəcəyi təbii qazın həcminin dünənlə müqayisədə 20 faiz artaraq 29,4 milyon kubmetrə çatacağı bildirilib.

“Qazprom” Rusiya mətbuatına verdiyi açıqlamada Sohranivka paylama məntəqəsindən qazın çatdırılması tələbinin Ukrayna tərəfindən rədd edildiyini bildirib. Daşımanın Suca məntəqəsindən davam etdiriləcəyi bildirilən açıqlamada sözügedən məntəqədən daşınma miqdarının bu gün 29,4 milyon kubmetr səviyyəsində olacağı bildirilib. Ötən gün Ukrayna üzərindən Avropaya 24,5 milyon kubmetr təbii qaz göndərən “Qazprom”un daşınması yanvarın 31-i ilə müqayisədə 20 faiz artacaq.

2022-ci ilin mayında Ukrayna Rusiya təbii qazının üçdə birinin Avropaya keçdiyi Sohranivka paylama məntəqəsində nəqli başa çatdırdı. Qazprom-un Şimal axını və Yamal-Avropa boru kəmərləri ilə Qərbi və Mərkəzi Avropaya təbii qaz nəqli də dayandırılıb. Şirkətin sözügedən bölgələrə daşınması yalnız Ukrayna üzərindən davam edir.

Mənbə: lenta.ru

İctimai.az