Azərbaycan Pediatriya Cəmiyyəti ilə Qədim Qala nəşriyyatı arasında əməkdaşlıq müqaviləsi imzalandı.
Razılaşma uşaq sağlamlığı və sağlam həyat tərzi, oxu mədəniyyətinin formalaşması, uşaq hüquqlarının qorunması ilə bağlı müştərək layihələrin hazırlanmasını və həyata keçirilməsini ehtiva edir. Bu istiqamətdə bir sıra maarifləndirici tədbirlərlə yanaşı, ixtisaslaşmış ədəbiyyatın doğma dilimizə çevrilməsi də nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev, idarə heyətinin üzvü Altay Abdullaoğlu, nəşriyyatın direktoru Fərhad Abdullayev, icraçı direktor Şöhlət İxtiyaroğlu və elmi heyətin rəhbəri, yazıçı Rövşən Abdullaoğlu iştirak ediblər.
Yaxın günlərdə ilk ortaq layihə haqqında ictimaiyyətə məlumat veriləcək.