Qəhrəmanlarımızı tanıyaq : Polkovnik Ələsgərov Vəlibackend

Azərbaycanın 2-ci Qarabağ müharibəsində on minlərlə əsgər və zabitləri, könüllüləri, ehtiyatda olan hərbçiləri qəhrəmancasına düşmənə qarşı mübarizə apardı, torpaqlarımızdan rədd etdilər.

İctimai.az olaraq Zəfər müharibəsində iştirak edən hərbçilərimizi sizlərə tanıtmağa davam edirik.

Bu dəfə 2-ci Qarabağ müharibəsi iştirakçısı olan Polkovnik Ələsgərov Vəlini təqdim edirik.

Ələsgərov Vəli 08.07.1976-cı ildə Qərbi Azərbaycanda anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbiyə marağı olduğu üçün təhsilini hərb sahəsi üzrə davam etdirib.

1997 ci ildən hərbiçi kimi fəaliyyət göstərib. 2-ci Qarabağ müharibəsi başlayanda Bakı da AHM-də işləməsinə baxmayaraq ön cəbhəyə gedib.

Fizulinin, Qubadlınin və Zəngilanin alınmasında iştirak edib. Ailəlidir iki övladı var.

Allah sizin kimi hərbçilərimizi qorusun cənab Polkovnik!

İctimai.az