Qələbələr Partiyasının 30 İlliyibackend

Xalqımız 1920-ci ildə itirdiyi , cəmi 23 ay saxlaya bildiyi müstəqilliyimizi 1991-ci il 18 oktyabrda bərpa etdi.

Məmməd Əmin Rəsulzadə o zaman meydanda demək olar ki, tək qalmışdır. Başqa millətlərin nümayəndələrinin müxtəlif vəzifələrdə olması, xaricdə təhsil alan ziyalılarımızın milli ruhda zəfifliyi və s. kimi amillər müstəqilliyimizin itirilməsinə səbəb olmuşdur. Beləliklə, Şərqdə ilk demokratik cumhurriyyət olan Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini saxlaya bilmədi. Amma Məmməd Əmin Rəsulzadənin bir deyimi tarixə düşdü  və bu gündə xalqımız onun deyimini yaddan çıxarmayıb:

“Bir kərə yüksələn bayraq , bir daha enməz !”

Xalqımız üç rəngli bayrağını daim belə xatırlayır :

Dalğalan bayrağım , ucal bayrağım !

Səninlə fəxr edir türkün birliyi !

Bu böyük birlikdən güc al bayrağım !

Bolşeviklərin hərbi müdaxiləsi ilə 1920-ci ildə itirilən müstəqilliyimizi xalqımızın vətənpərvərlərinin səyi nəticəsində 1991-ci ildə bərpa edildi, lakin

“Tarix təkrar olunur” kəlamı bu vaxtlar gündəmdə oldu. Yenidən bərpa olunan müstəqilliyimiz, yəni Müstəqil Azərbaycanımızın dövləti elə beşiyindəcə boğulmaq təhlükəsi ilə üzləşdi. Xaos , hərcmərklik, özbaşınalıq , heç bir dayağı olmayan dövlətimizin  məhv olmaq təhlükəsi , üç tərəfdən əhatəmizdə olan qonşuların – nankorların  əhatəsində vəziyyəti daha da gərginləşdirmişdi.

Yenidən bərpa olunan müstəqilliyimizdə o zaman hakimiyyətdə olan səriştəsizlərin işbilməzliyi ucbatından müstəqilliyimizi itirmə təhlükəsi ilə üz-üzə qaldı və vəziyyətin nə qədər ciddi olduğunu görən ölkənin vətənpərvər ziyalıları, zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev kimi siyasi xadimə müraciət etdilər.

Ulu Öndərimiz müraciətə müsbət cavab verdi və noyabr ayının 21-də Azərbaycanımızın bütün bölgələrindən təmsil olunan 550 nəfərin iştirakı ilə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konftansını keçirərək partiyanın proqram və nizamnaməsi qəbul olundu.

Təxminən bir ay sonra (1992 – ci ilin dekabr ayının 18 – də) Ədliyyə nazirliyində qeydiyyatdan keçdi. Elə o vaxtdan ADNA – da (indiki ADNSU-da)   bu partiyanın ilk ərazi təşkilatının yaradılması istiqamətində fəallıq göstərənlər bir araya gəldi və qış imtahan sesiyası başa çatan kimi (fevral ayının 6-da, saat 1600 da 462-ci auditoriyada 11 nəfərin iştirakı ilə ADNA – da YAP –nın ilk ərazi təşkilatı yaradıldı. O gündən bu günə kimi təşkilatımızdan 3000-ə yaxın əməkdaş və tələbə YAP-a üzv qəbul olunub. YAP-nın mərkəzi və Nəsimi rayon təşkilatının bütün tapşırıqlarını yüksək səviyyədə  yerinə yetirənlərin önündə olub, bu gündə belədir və bundan sonrada belə olacaq.

Ulu Öndərin dediyi kimi  “ Yeni Azərbaycan Partiyasısı dünənin, bu günün və gələcəyin partiyasıdır !” Ulu Öndərin  ideyaları onun layiqli davamçısı İlham Əliyev cənabları tərəfindən sağa – sola baxmadan, yalnız irəliyə baxaraq , yerinə yetirildiyi kimi bizlərdə onun arxasınca getmişik, gedirik və gedəcəyik!

Ulu Öndər Heydər Əliyev partiyaya rəhbərliyi dönəmində qarşıya qoyduğu məqsəd və vəzifələrə doğru addım-addım yalnız irəliləyən YAP-da çoxmilli və çoxminli kontingentin formalaşmasına,həmçinin sağdan-soldan YAP-nın nüfuzunun yüksəlməsinə maneçilik törədən alaq otlarından təmizənməsinə başladı və bu gündə Müstəqil Azərbaycanımızin daha da möhkəmlənməsi və dönməzliyi naminə onun layiqli davamçısı Ali Baş Komandanımız İlham Əliyev cənabları bu istiqamətdə apardığı işləri vətənpərvər, saf niyyətli insanlar ürəkdən dəstəkləyir.Onun belə bir deyiminidə xalqımız ürəkdən qəbul edir və bu istiqamətdə apardığı işlərdə də onu dəstəkləyirlər  “ Nəyi necə, nə vaxt etmək lazımdır, bunu  mən bilirəm ! ”

YAP – nın sıralarında Ulu Öndərin uzaq görənliyi ilə bu gün üçün oxumağa xarici ölkələrə göndərdiyi gənclərin əksəriyyəti püxtələşmiş ziyalılar (mütəxəssislər) kimi Müstəqil Azərbaycanımızın inkişafında və möhkəmləndirilməsində fəal iştirak etmələri göz qabağındadır. Düzdür onlardan azda olsa onun ideyalarından kənara çıxanlarda var və onlarında dərsinin nə vaxt və necə veriləcəyini cənab prezidentimiz özü bilir. Ataların belə bir deyimi var “Meşə çaqqalsız olmaz!”. Amma onlar unutmasınlar ki, çaqqaldan heç vaxt canavar olmaz!

Bu gün YAP-nın siralarında sadə zəhmətkeş insanların olması ilə yanaşı, elm xadimlərinin və təhsil işçilərinin əksəriyyət təşkil etməsi intelektual təbəqənin YAP-a böyük dəstək verməsinin nümunəsidir.

Hal-hazırda YAP-a üzv olanların 50%-dən çoxu gənclərdir. YAP-a üzv olmaqla gənclərimiz Müstəqil Azərbaycanımızın gələcəyinin qurucuları sıralarına daxil olur, ölkəmizin çiçəklənməsinə və tərəqqisinə samballı tövhələr verirlər və bundan sonrada verəcəklər. Xüsusilədə azad Qarabağımızın Gülüstana çevrilməsində iştirak edəcəklər.

Müstəqil Azərbaycanımızın ictimai-siyasi fəaliyyətində böyük qələbələrə imza atan YAP bu gün öz sıralarında 800 mindən çox üzvi birləşdirir. YAP-nın monolit bir qüvvəyə, birliyə malik olması 30 il müddətində ölkədə keçirilən bütün iqtisadi və siyasi yönəmli işlərdə öz təsdiqini tapmışdır.

Müstəqil Azərbaycanımız günü-gündən zənginləşir və daha da qüdrətlənir. Artıq iri dövlətlərin bir çoxu bizim inkişafımızı uda bilmir. Öz problemlərini unudub, bizim paxıllığımızı çəkirlər. YAP-sı həqiqətən onu sevənlərin, onun prinsiplərini qəbul edənlərin, ideyasına sadiq olanların partiyasıdır. YAP-a təsadüfən üzv olanlardan və ya öz mənafeyini güdən üzvlərdən təmizlənməlidir. Vətənə sadiq olan üzvlər bu partiyada təmsil olunmalıdırlar.

Ulu Öndər həyatının 60 ilindən çoxunu harada və hansı vəzifədə olsa belə Müstəqil Azərbaycanımızı düşünərək fəaliyyət göstərmişdir.Ulu Öndərin ideyalarını həyata keçirən İlham Əliyevə və onun xanımı Mehriban Əliyevanın Müstəqil Azərbaycanımızın daha da möhkəmlənməsi naminə gördükləri işlər  də göz qabağındadır.“Görünən dağa bələdci lazım deyil!”. Müstəqil Azərbaycanımızın ictimai-siyasi və mədəni həyatında onların apardıqları islahatlar əvəzolunmazdır. YAP-nın fəaliyyətində də onların dəstəyidə əvəzolnmazdır.

ADNSU-nin professor-müəllim heyəti, digər əməkdaşları və tələbələri İlham Əliyev cənablarının daxili və xarici siyasətinin bütün məqamlarını birmənalı bəyənir və dəstəkləyirlər.

Azərbaycanın müstəqilliyi sonsuz və əbədidir!

Partiyamızın banisi Ulu Öndərin ruhu şad olsun!

YAP-nın 30 illiyi “Heydər Əliyev ili” ərəfəsində qeyd olunur!

YAP-nın hər bir üzvünü partiyamızın yaranmasının 30 illiyi münasibəti ilə təbrik edirəm!

 

ADNSU – nin dosenti, k.ü.f.d.

Tamilla Naibova