Qənirə Paşayeva qazi Musa Hüseynovla görüşübbackend

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsinin qazisi Musa Hüseynovla görüşüb, yaralı qazinin səhhəti və qayğıları ilə maraqlanıb.

“Siz əsgər və zabitlərimiz müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıraraq tarixi hadisənin iştirakçısı və şahidi oldunuz. Sizlər başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini, ləyaqətini dünyaya göstərdiniz.
Mənsub olduğunuz Silahlı Qüvvələrimizin xilaskarlıq missiyası mədəniyyət beşiyimiz Şuşa şəhərinin, tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, ibadətgahın, abidənin də bərpası, təmiri üçün imkanlar açdı.

Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.
Sizi, Sizin timsalınızda çiyin-çiyinə döyüşdüyünüz bütün əsgər və zabitlərimizi bir daha tarixi Zəfər və xilaskarlıq missiyasının uğurla sonuclanması münasibəti ilə ürəkdən təbrik edirəm!” – xanım Paşayeva deyib.

Cənab Prezidentin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaralı hərbçilərimizə xüsusi diqqət və qayğısını minnətdarlıqla qeyd edən Komitə sədri, bu diqqət və qayğının hər bir məmur, millət vəkili, işadamı üçün örnək təşkil etdiyini bildirib.
Musa Hüseynov səmimi görüş üçün təşəkkür edib.

İctimai.az