Qənirə Paşayevadan Azərbaycan-Türkiyə hərbi təlimləri haqda paylaşım – Videobackend

Bir Millət iki Dövlət! Azərbaycan-Türkiyə!

Qəhrəman Türk ordusunu gözəl Naxçıvanımızda əziz hərbiçilərimizlə və əsgərlərimizlə birlikdə görmək insana çox duyğulu anlar yaşadır. Bu mənzərə düşmənə ciddi mesajdır. Sadəcə işğalçı erməni zehniyyətinə verilən mesaj deyil. Eyni zamanda bu işğalçının arxasındakı açıq və gizli dəstəkçilərə, havadarlara da çox ciddi bir mesajdır. Ümumilli liderimiz Heydər Əliyevin hər zaman xüsusi diqqət yetirdiyi və bu gün də cənab Prezidentimiz tərəfindən ən yüksək səviyyədə atılan addımlarla daha da güclənən Azərbaycan – Türkiyə birliyi bu regionda Azərbaycan və Türkiyə ilə bərabər bütünlükdə Türk dünyasının güclənməsində də böyük rol oynayır. Eyni zamanda qardaş Türkiyəmizin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, Türkiyə rəsmləri, siyasiləri və Türk xalqının Tovuz istiqamətində baş verən erməni təxribatları zamanı bütün dünyaya Azərbaycan tək deyil, onun yanındayıq deyə verdiyi mesajı sadəcə bu günki nəsillər deyil, gələcək nəsillər də şükranla anacaq. Cənab Prezidentimizin hər zaman söylədiyi Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür və bir-birimizi daha da gücləndirmək, birliyimizi daha da möhkəmləndirmək bizim siyasətimizdə əsas yer tutur fikrini, bu istiqamətdə görülən böyük işləri də bugünki və gələcək nəsillər hər zaman şükranla anacaq. Çünki bu birliyin güclənməsi əslində Türk dünyasının daha da güclənməsi deməkdir. Öz Vətəninizə xoş gəldiniz Türk ordusu!

İctimai.az