“Qenqam”ın futbolçusu qəzada öldübackend

Fransalı futbolçu Natael Julan avtomobil qəzasında ölüb.

RT-nin verdiyi məlumata əsasən, yol-nəqliyyat hadisəsi yanvarın 3-də futbolçu məşqdən qayıdan zaman baş verib.

Bildirilir ki, 23 yaşlı forvard La-Manşın sahilində Pordikdə avtomobilinin idarəetməsini itirərək qəza törədib.

Julan “Qenqam”a 2018-ci ildə keçib və komandanın əsas heyətinin tərkibində 11 oyun keçirib.

İctimai.az