Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Qərb Tbilisidən anti-Rusiya sanksiyaları qəbul etməyi və Rusiya Federasiyası ilə uçuşları ləğv etməyi tələb etmir.
Parlamentin sədri bu barədə Gürcüstanın “İmedi” telekanalının canlı efirində bildirib.
Papuaşvili qeyd edib ki, “Qərb tərəfdaşları” ilə danışıqlar zamanı gürcü tərəfi onlara vəziyyəti izah edir, bundan sonra hər kəs müzakirə olunan məsələlərlə bağlı anlayışa malikdir. Spiker vurğulayıb ki, heç kim Gürcüstan hakimiyyətini Moskvaya qarşı sanksiyalar tətbiq etməyə, o cümlədən Rusiyaya təyyarə uçuşlarına qadağa qoymağa çağırmır.
Bundan əvvəl Avropa İttifaqı Gürcüstan hakimiyyətinin Rusiya Federasiyası ilə uçuşları bərpa etmək qərarına gəlməsindən təəssüfləndiyini bildirib. Avropa rəsmilərinin fikrincə, belə bir qərar Gürcüstanın Avropa yolu üçün yalnız narahatçılıq yaradır.
Mənbə: Lenta.ru

