ABŞ dövlət katibi Marko Rubio və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığında İranın nüvə sazişi üzrə razılaşmanın əldə olunması üçün avqustun sonunu təyin etmək barədə razılığa gəliblər.
Bu barədə Axios mənbələrə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, bu son tarixə qədər razılaşma əldə olunmasa, üç Avropa dövləti 2015-ci il İran razılaşmasına əsasən qaldırılan BMT Təhlükəsizlik Şurasının sanksiyalarına qarşı “snapback” mexanizmini işə salmağı planlaşdırır.
Mənbələrin məlumatına görə, avropalılar yaxın vaxtlarda İranla danışıqlara başlamaq niyyətindədirlər və Tehranı sanksiyalardan qaça biləcəyinə inandırmağa çalışırlar. Amma bunun üçün İslam Respublikası nüvə proqramının sülhməramlı olduğunu sübut edəcək addımlar atmalıdır.