Amerika tərəfi Kiyevin qələbəsinə nail olmaq istəmədi, lakin Rusiyada sabitliyi pozmaq üçün Ukraynadan istifadə etdi. Bu barədə jurnalist Lukas Leyros infoBRICS nəşri üçün məqaləsində bildirib.
“Qərbin heç vaxt müharibədə “qazanmaq” niyyəti olmayıb. Əksinə, NATO həmişə bilirdi ki, Moskvanın nüvə arsenalını nəzərə alsaq, Rusiyaya qarşı genişmiqyaslı müharibədə qalib gəlmək mümkün deyil”, – məqalədə deyilir.
Jurnalist MKİ-nin Avropadakı əməliyyatlar rəisi Ralf Qofun bəyanatına istinad edərək qeyd edib ki, Birləşmiş Ştatlar heç vaxt Ukrayna tərəfini qələbə üçün kifayət qədər silahla təmin edib, ancaq döyüşü davam etdirmək üçün verib.