Qərb Münhen konfransını Avropa üçün qorxulu yuxu adlandırıbbackend

Münhen Təhlükəsizlik Konfransı qismən Avropa üçün kabusa çevrildi. Bu barədə forumun rəhbəri Kristof Heusgen ZDF telekanalında məlumat verib.

Konfransın həm də “çox maarifləndirici” olduğunu söylədi. Eyni zamanda, Heusgenin qeyd etdiyi kimi, ABŞ-ın vitse-prezidenti J.D.Vansın çıxışı “Amerikanın Prezident Donald Trampın rəhbərliyi altında başqa planetdə yaşadığını” göstərdi.

“Biz həmçinin müşahidə etdik ki, hətta respublikaçı senatorlar öz prezidentlərindən qorxduqları üçün ictimai çıxışlarında çox diqqətli olurlar”, – forumun rəhbəri bildirib.

Mənbə: Gazeta.ru