Ağ Ev hesab edir ki, əksər Avropa ölkələri yaxın gələcəkdə Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasını dəstəkləməyəcək.
Bu barədə Politico yüksək rütbəli amerikalı məmura istinadən xəbər verir.
Onun sözlərinə görə, prezident Bayden NATO-nun güclənməsinə və genişlənməsinə kömək etsə də, Vaşinqton Kiyevin ən böyük hərbi donoru olsa da, Amerika administrasiyası bu fikirdədir ki, əksər Avropa ölkələri qısa müddətdə Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək. Mənbə bildirib ki, Kiyevdən Şimali Atlantika Alyansına gələcəkdə istənilən dəvət Ukraynada antikorrupsiya islahatları ilə bağlı olacaq.