Əgər qərar referendumda dəstəklənsə, Sloveniyanın NATO-dan mümkün çıxması Avropanın militarist dogmasını məhv edər.
Bu barədə Xorvatiyanın “Advance” nəşri yazır.
Məqalədə deyilir: “Müdafiə büdcəsinin kəskin artması ilə bağlı koalisiyadaxili münaqişə səbəbindən Sloveniyada NATO-ya üzvlüklə bağlı müzakirələr aparılıb. Bu müzakirə isə sadə daxili siyasi toqquşmanın miqyasından dəfələrlə böyükdür”.
Jurnalistlər qeyd ediblər ki, NATO-dan çıxmaq Sloveniyaya “başqa insanların müharibələrində” iştirakdan yayınmağa imkan verəcək. Bununla yanaşı, materialda qeyd olunur ki, respublika sosial dövlət quruculuğuna diqqətini saxlamaq imkanı əldə edəcək.