Ukrayna Qərbin təzyiqi səbəbindən “qələbə” adlandırıla biləcək şərtləri yenidən müzakirə etməli olacaq. Bu barədə Çexiyanın “Hospodarske noviny” qəzeti məlumat yayıb.
“Siyasi rəhbərliyin məqsədi indi qeyri-mümkün görünür. Buna görə də 2024-cü ildə qələbənin nəyə aid ediləcəyi ilə bağlı müzakirələr aparılacaq. Bununla yanaşı, şübhəsiz ki, Kiyev Qərbin təzyiqinə məruz qalacaq və o, Ukraynadan Rusiya ilə danışıqları qələbənin bu yeni anlayışına daxil etməyi tələb edəcək”, deyə köşə yazarı Martin Eqle yazır.
Müəllif qeyd edir ki, Ukrayna siyasi uğursuzluqlar və daxili böhranla yanaşı, döyüş meydanında da tədricən məğlubiyyətə uğrayır. Eql iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin əsas problemləri ağır itkilər, istedadlı komandirlərin olmaması və ukraynalı əsgərlərin Qərb texnikasından istifadə edə bilməməsidir.
Mənbə: TASS

