AR Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsinin növbəti qonağı Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini cənab Qaya Məmmədov oldu.
Cənab Qaya Məmmədovun iştirakı ilə “Qayıdışın Hüquqi Əsasları: Beynəlxalq Hüquq və Azərbaycan Perspektivləri” mövzusunda maraqlı müzakirələr aparıldı.