Qərbi Azərbaycanın Qafan rayon futbol komandasının üzvləri ilə görüş keçirilmişdirbackend

Qərbi Azərbaycanın Qafan rayon futbol komandasının üzvləri ilə görüş keçirilmişdir.

Görüşdə Qafan rayon icmasının sədr müavini Seyfulla Abbasov, Qafan Rayon Gənclər Şurasının sədri Murad Həsənxanlı, Qafan RFK-nun baş məşqçisi Ramiz Salmanov və komandanın üzvləri iştirak etmişdirlər.

Görüşdə komandanın mövcud vəziyyəti, qarşıda duran məsələlər, həmçinin 26 iyun – 06 iyul tarixlərində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilməyi nəzərdə tutulan mini futbol üzrə Qərbi Azərbaycan Kubokuna hazırlıq prosesi müzakirə olunmuşdur.
Görüşün sonunda komandanın qurulması və inkişafı prosesinə töhfə vermiş üzvlərə təşəkkürnamələr təqdim olunmuş, xatirə fotosu çəkilmişdir.