Qərbi Kaspi Kollecinin fəaliyyətini dayandırması barədə yayılan məlumat həqiqəti əks etdirmirbackend

Sosial şəbəkələrdə Qərbi Kaspi Kollecinin fəaliyyətini dayandırması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

İctimai.az xəbər verir ki, bu barədə kollecin yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, cəngəllik qaydaları ilə rəqabət aparmaq eşqində olanlar, öz cılız portallarına baxış sayını artırmaq üçün ən murdar vasitələrdən istifadə edənlər, çamur içində olub, başqalarına çamur atmaqla məşğul olanlar, bu kimi ucuz yalanlarla çəkinmədən informasiya sfrerasını çirkabla doldurmaqla məşğuldurlar:

“Çünki belə çirkab mühitdə özlərini çox komfortlu hesab edirlər. Özlərinin ünvanına eyni çirkab atılsa belə onların vəziyyətində heç nəyi dəyişmir, onlara təsir etmir.

Belə “xəbər” adı ilə məqam seçib, heç istisna deyil ki, sifarişlə satın alınaraq yalan məlumat yayanları qətiyyətlə qınayırıq!

Sosial şəbəkə səhifələrinin bununla bağlı yaydığı məlumata görə təşvişə düşən tələbə və valideynlərə bildirmək istəyirik ki, qətiyyən narahat olmayın. Universitet fəaliyyətini normal qaydada davam etdirir.

Məlumat üçün bildiririk ki, universitetin heç bir strukturu fəaliyyətini dayandırmayıb, əksinə yeni istiqamətlərin, bölmələrin formalaşdırılması ilə universitet işini şaxələndirir. Bu günlərdə ali məktəblərin akreditasiyasından yüksək nəticə ilə keçən Qərbi Kaspi Universiteti son beynəlxalq reytinqlərdə də ölkə üzrə ən yaxşı nəticəni göstərir, bir çox siyahılarda dünyanın ən yaxşı 601+ ali təhsil ocağı arasında yer alır. Hələ universitet haqqında çox xoş xəbərlər eşidəcəksiniz.

Yeni tələbələrimizi təbrik edir, onlara təhsillərində uğurlar arzu edirik!”.