Qətər ABŞ səfirliyinin yaxınlığındakı ərazini boşaltdıbackend

Qətər Daxili İşlər Nazirliyi paytaxt Dohada ABŞ səfirliyinin yaxınlığında yerləşən binaların sakinlərinin təxliyə olunduğunu elan etdi.

Bu barədə xüsusi açıqlamada bildirilib.

Qeyd edilib ki, bu qərar qabaqlayıcı tədbir kimi qəbul edilib. Bütün təxliyə olunanlara alternativ mənzil təmin edilir.

Bundan əvvəl ABŞ-ın İrana qarşı hərbi əməliyyat və bölgədəki bir çox hava limanlarının bağlanması fonunda Yaxın Şərq ölkələrindən vətəndaşlarını fəal şəkildə təxliyə etdiyi bildirilirdi.