Qətər əmiri G20 sammitində iştirak edəcəkbackend

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani noyabrın 18-dən 19-dək Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirak edəcək.

TASS bu barədə ərəb dövləti başçısının ofisinə istinadən xəbər verir.

Ofisdən dəqiqləşdirilib ki, şeyx Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın dəvəti ilə bu ölkəyə səfər edəcək. Əl Tani 18 noyabr bazar ertəsi sammitdə iştirak edəcək. Tədbirdən sonra o, Kosta-Rika və Kolumbiyaya səfər etməyi planlaşdırıb.

Qətər G20-nin üzvü deyil, lakin ölkə tez-tez qrupun sammitlərində qonaq qismində iştirak edir.