Qətər əmiri Rusiyaya rəsmi səfərə yola düşübbackend

Qətər əmiri Təmim Əl Tani Rusiyaya rəsmi səfərə gedib.

Bu barədə Qətərin QNA agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, əmir Qətəri tərk edərək Rusiya paytaxtına yollanıb. Qətər rəhbərinin Rusiya prezidenti Vladimir Putinlə iki ölkə arasında münasibətlərə dair məsələləri müzakirə edəcəyi gözlənilir.

“Əmir və prezident ikitərəfli münasibətlər və ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində onların möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları, həmçinin regionda vəziyyətin inkişafı və qarşılıqlı maraq doğuran əsas məsələlər ətrafında danışıqlar aparacaqlar”, – deyə məlumatda bildirilir.