Qətər gərginlik fonunda əhalisinin təhlükəsizliyini təmin etdiyini bildiribbackend

Qətər hakimiyyəti Yaxın Şərqdə artan gərginlik səbəbindən ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən Əl-Udeyd Hava Bazasını tərk edən bəzi personalın olduğu barədə məlumatları təsdiqləyib.

Bu barədə əmirliyin Beynəlxalq Media Ofisinin X sosial media platformasında verdiyi açıqlamada bildirilib.

“Əl-Udeyd Hava Bazasından müəyyən personalın çıxarılması ilə bağlı mediada yayılan məlumatlarla bağlı Qətər Dövlətinin Beynəlxalq Media Ofisi bildirir ki, bu tədbirlər mövcud regional gərginlik səbəbindən görülür”, – deyə bəyanatda bildirilir.