Qətər İsraili Qəzzada dinc sakinləri qəsdən öldürməkdə ittiham edib

Qətər əmiri Təmim bin Həməd Əl-Tani İsraili Qəzza zolağında dinc sakinləri “sistemli və qəsdən öldürməkdə” ittiham edib. Bu barədə İsrailin “Times of Israel” qəzeti məlumat yayıb.

“Qadınlar və uşaqlar da daxil olmaqla günahsız mülki şəxslərin sistemli və qəsdən öldürülməsinin davam etdiyi bu dəhşətli cinayətin təxminən iki aya yaxın davam etməsinə icazə verilməsi beynəlxalq ictimaiyyət üçün rüsvayçılıqdır”, – nəşr yazır.

Bundan əvvəl demokrat senator Berni Sanders bildirmişdi ki, ABŞ hökuməti baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinə 10,1 milyard dollar maliyyə dəstəyi verməməlidir.

Mənbə: Times of Israel

Oxşar xəbərlər