Qətər Xarici İşlər Nazirliyi HƏMAS-ın Dohadakı ofisinin gələcəyini şərh edibbackend

HƏMAS-ın Qətərdəki ofisi İsraillə Qəzza zolağı ilə bağlı danışıqların sonuna qədər qalacaq. Fələstin hərəkatının Dohadakı siyasi büro ofisinin gələcək statusunu müzakirə etmək hələ tezdir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib.

“Həmas siyasi bürosunun ofisi Qətər vasitəçiliyi çərçivəsində müvafiq təmasların aparılması üçün danışıqlar prosesinin bir hissəsi kimi Dohada qalacaq”, – əmirliyin sözçüsü bildirib.