Qətər Xarici İşlər Nazirliyi İsrailin 33 fələstinli məhbusu azad edəcəyini bildirib

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari İsrailin 33 fələstinli məhbusu azad edəcəyini bildirib. TASS bu barədə diplomatın X sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir.

Əl-Ənsarinin sözlərinə görə, humanitar atəşkəs razılaşması çərçivəsində Qəzza zolağında saxlanılan 11 israilli girov müqabilində 33 fələstinli azad ediləcək.

İsrailin azad edəcəyi fələstinli məhbuslar qrupunda 30 uşaq və yeniyetmə və üç qadın var.

Mənbə: TASS

Oxşar xəbərlər