Qətər Fələstin məsələsinin həll olunacağı təqdirdə İsraillə münasibətləri normallaşdırmağa hazırdır.
Bu barədə TASS-a əmirliyin baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“İsraillə münasibətlərin normallaşdırılması iki müstəqil dövlətin yaradılması yolu ilə Fələstin probleminin tam həlli ilə əlaqələndirilməlidir. Qətər təmsilçisi “Biz bunu həmişə dəstəkləmişik” deyib.
O, ABŞ prezidenti Donald Tramp administrasiyasının Qətər rəhbərliyinə İsraillə münasibətləri normallaşdırmağı təklif edib-etməməsi ilə bağlı sualı belə cavablandırıb.