ABŞ-ın Qətərdəki səfirliyi amerikalılara növbəti xəbərdarlığa qədər təhlükəsiz yerdə qalmağı tövsiyə edib.
TASS xəbər verir ki, bu barədə müvafiq bildiriş diplomatik nümayəndəliyin saytında dərc olunub.
“Böyük ehtiyatlılığa görə, biz ABŞ vətəndaşlarına növbəti bildiriş gələnə qədər yerlərdə sığınmağı tövsiyə edirik”, – bəyanatda deyilir.
İyunun 23-də ABŞ Dövlət Departamenti ABŞ ərazisindən kənarda olan ABŞ vətəndaşlarına qlobal xəbərdarlıq edib. İyunun 22-də yayılan bəyanatda vurğulanır ki, İran və İsrail arasındakı münaqişə Yaxın Şərqdə nəqliyyat infrastrukturunda geniş miqyasda pozulmalara, o cümlədən İordaniya, İraq və Livan tərəfindən hava məkanını bağlamasına səbəb olub.