“AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin həkim, psixoloq və xilasediciləri, həmçinin Səhiyyə Nazirliyinin peşəkar həkimlərdən ibarət qrupu Aktauya şəhərinə göndərilib”.
İctimai.az xəbər verir ki, bunu general-mayor Adil Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda 7 nəfər xəsarət alan şəxs Bakıya gətirilib:
“Vəziyyəti qənaətbəxş hesab edilən daha 7 nəfər şəxs gətiriləcək. Paytaxtın tibb müəssisələrində onların müalicəsi davam etdiriləcək”.
A.Abdullayev əlavə edib ki, 4 nəfərin nəşi də bu gün Bakıya gətirilir.