Qəzza zolağında ölənlərin sayı səkkiz mini keçibbackend

Qəzza zolağında HƏMAS və İsrail arasında gedən müharibədə ən azı səkkiz min adam həlak olub.

Bunu anklavın səhiyyə nazirliyi bildirib.

Məlumata görə, ölənlərin yarısı uşaqlardır. Səhiyyə Nazirliyi yaralıların sayını dəqiqləşdirməyib.

İordan çayının qərb sahilində isə münaqişə başlayandan bəri 1,4 min nəfər ölüb, 5,4 min nəfər yaralanıb.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən başlayaraq davam edir.

Mənbə: kommersant.ru