Qəzza zolağından yaralı fələstinlilərin Rəfah keçid məntəqəsi vasitəsilə Misirə köçürülməsi bərpa edilib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Artıq Qəzza zolağından Misir xəstəxanalarına 9 yaralının yerləşdirildiyi bildirilir.
Bundan əvvəl Misirin Qəzza zolağından olan 30 yaralını Rəfah keçid məntəqəsi vasitəsilə müalicə üçün qəbul edəcəyi bildirilirdi. Qeyd olunur ki, Misir noyabrın 4-də İsrailin yaralı fələstinlilərin anklavı tərk etməsinə mane olması səbəbindən vətəndaşların təxliyəsi prosesini dayandırıb.
Mənbə: RİA Novosti