Qəzzaya humanitar yardım aparan gəmi Malta sahillərində batıbbackend

Qəzza zolağına humanitar yardım aparan Azadlıq Donanmasına aid gəmi Malta sahillərində pilotsuz təyyarənin hücumundan sonra çətinliklə üzləşib. Bu barədə CNN donanmanın mətbuat attaşesi Yasemin Açara istinadən məlumat yayıb.

“Gəmidə dəlik yaranıb və o, batır. Yaxın ölkələrə, o cümlədən Maltaya SOS siqnalı göndərilib”, – kanalın həmsöhbəti bildirib.

O, gəminin Malta sahillərindən 17 kilometr aralıda olduğunu qeyd edib. Təyyarədə müxtəlif ölkələrdən olan 30 hüquq müdafiəçisi var və onlarla əlaqə yoxdur.