QHT-lər arasında tərəfdaşlıq memorandumu imzalandı – FOTObackend

Aprelin 28-də “Qan Donorları Assosiasiyası” ictimai birliyi və Niderlandda gənclər, səhiyyə, eyni zamanda humanitar sahədə aparıcı, “Birlikdə Güclüyük Fondu” arasında qan donorluğunun inkişafı istiqamətində birgə əməkdaşlıq memorandumu imzalanıb.

Qan Donorları Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Niderland və Azərbaycanda fəaliyyət göstərən hər iki Qeyri Hökumət Təşkilatları məhsuldar fəaliyyətin inkişafı üçün bir araya gələrək əməkdaşlığ memorandumu imzalanıb. Əldə olunan rəsmi razılığa əsasən yaxın gələcəkdə gəncləri arasında ölkə xaricində gənclərin sağlam həyat tərzi, qan donorluğunun inkişaf etdirilməsi, həmçinin qan xəstəliklərindən əziyyət çəkən insanlara təmənnasız, könüllü dəstək göstərilməsi, yerli və beynəlxalq düşərgələrin təşkili, əyləncə proqramları, elmi konfranslar, və bu sahədə effektiv nəticələr əldə olunması üçün fəaliyyət planı qurulacaq.

Memorandum Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov və “Birgə Yardım Fondu” direktoru İlkanə Qoca tərəfindən Bakı şəhərində imzalanıb. İmzalanma prossesində birliklərin əməkdaşları və fəal üzvləri iştirak edib.

Mərasim sonrası iki təşkilatın rəsmiləri gələcək planları və birgə görüləcək müştərək layihələri müzakirə edib.

Görüşdə iştirak edən Qan xeyriyyəçisi eyni zamanda Beynəlxalq Təhsil üzrə ekspert Sərdar Yusif oğlu əldə olunan əməkdaşlığın hər iki ölkənin gəncləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qan Donorları Assosiasiyası 15 ilə yaxındır respublikada qan donorluğunun inkişafı sahəsində fəaliyyət göstərir və gənclərin könüllü qanvermələrə cəlb olunması üçün məqsədyönlü layihələr həyata keçirir. Birliyin hədəfi gənclərin bu layihələrdə fəal sürətdə iştirakını təmin etməkdir.