Nutritionist Lisa Richards, vücudunuzun ehtiyac duyduğu bütün qidaları almasını təmin etmək üçün müxtəlif qidalar yeməyin vacib olduğunu, lakin bəzi qidaların qarın yağını azalda biləcəyini söylədi. Bu barədə She Finds məlumat yayıb.
Riçards qeyd edib ki, çiyələk, qaragilə və üzüm liflə zəngindir və bu da çəki itirməyə səbəb ola bilər.
Onun sözlərinə görə, çiyələk liflə yanaşı, immun sistemini gücləndirmək üçün faydalı olan antioksidant və C vitamini ilə də zəngindir. Qaragilə, orqanizmi hüceyrə səviyyəsində qoruyan və həmçinin sərbəst radikalların zərərini azaldan fitonutrientlər və flavonoidləri ehtiva edir.
Mənbə: Gazeta.ru