Qırğızıstan böyük bir silah anbarının aşkarlandığını bildirdibackend

Qırğızıstanın Oş bölgəsində hökuməti zorakılıqla devirmək üçün nəzərdə tutulmuş böyük bir silah anbarı aşkar edilib.

Anbarda 12 Kalaşnikov avtomatı, 700-dən çox patron, eləcə də tapança və digər silahlar olub. DTX bəyan edib ki, anbar ölkədəki ictimai-siyasi vəziyyəti pozmaq da daxil olmaqla, xüsusilə ağır cinayətlərin törədilməsi üçün hazırlanıb və nəzərdə tutulub.

Bəyanatda deyilir: “Cinayətkar elementlərin son məqsədi, siyasi mühit əlverişli olarsa, silahlı çevrilişə cəhd etmək və sonradan cinayətkar aləmin nəzarətində olan bir siyasətçini hakimiyyətə gətirmək idi”.