Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən respublika vətəndaşlarının Moskva hamamında saxlanması ilə bağlı izahat verməyi tələb edib.
Bu barədə ölkənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın, habelə vətəndaşlara qarşı güc tətbiqinin əsasları barədə məlumatın verilməsi və güc tətbiqi əsassızdırsa, bu insidentlə bağlı Moskva hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlərin görülməsi xahişi ilə rəsmi nota verilib”, – deyə məlumatda bildirilir.















