Qırğızıstan prezidenti Sadır Japarov Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Aurus” markalı rusiyalı avtomobillə 9 may bayramı üçün Bişkekə gəlib.
TASS xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat katibi Askat Alagozova istinadən məlumat yayıb.
“Keçən il Rusiya prezidenti Vladimir Vladimiroviç Putin prezidentimiz Sadır Nurqojoeviç Japarova Rusiya istehsalı olan iki “Arus” avtomobili hədiyyə edib”, – deyə o bildirib.
Alagözov qeyd edib ki, onlardan birində Qırğızıstan lideri “Bişkekdə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərinə gəlib”.















