Qırğızıstanda dövlət çevrilişi avqustun 31-də Müstəqillik Günündə baş tutmalı idi.
RİA Novosti bu barədə respublikanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (DTX) mətbuat xidmətindəki mənbəyə istinadən xəbər verir.
“Bu şəxslər avqustun 31-də Bişkek şəhəri yaxınlığında idman oyunları təşkil etməyi planlaşdırıblar”, – məlumatda deyilir.
MTN bu tədbirlərin təşkilində məqsədin ölkənin bütün bölgələrindən çoxlu sayda gəncləri bir məkanda cəmləşdirmək istəyi olduğunu vurğulayıb. Oraya əvvəlcədən hazırlanmış dağıdıcı qüvvələrin gətirilməsi də nəzərdə tutulurdu.