Qırğızıstanda hökumət istefaya getdibackend

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov hökumətin və baş naziri Qubatbek Boronovun istefası haqqında fərman imzalayıb.

TASS-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb.

İstefaya göndərilən Qırğızıstan hökumətinin üzvləri yeni kabinet qurulana qədər vəzifələrinin icrasını davam etdirəcəklər.

İctimai.az