2005-2010-cu illərdə Qırğızıstan prezidenti olmuş Kurmanbek Bakiyev Kumtor qızıl mədənində korrupsiya faktı ilə bağlı Bişkekin Pervomayski rayon məhkəməsi tərəfindən qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəmənin qərarı ilə Kurmanbek Bakiyev cinayət törətməkdə təqsirli bilinib. O, əmlakı müsadirə olunmaqla və üç il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.

