Coğrafi baxımdan Özbəkistanın sərhədləri daxilində olan, lakin siyasi baxımdan Qırğızıstana bağlı olan Barak kəndinin sakinləri Qırğızıstana köçüblər.
Özbəkistanla 208 hektar ərazini əhatə edən torpaq mübadiləsindən sonra Qırğızıstan hökuməti Özbəkistanın Korqon Töbö rayonundakı Barak kəndinin sakinlərini Oş vilayətinin Kara Suu rayonuna köçürüb. Rayonda 101 evdən ibarət Yeni Barak kəndi salınmışdır.
Kəndin su, işıq kimi əsas ehtiyacları ödənildikdən sonra körpələr evi, məktəb, park, məscid və futbol meydançası tikilib. Bundan əlavə, kəndlilərə kənd təsərrüfatına yararlı torpaqlar paylanılıb.
Prezident Sadır Cəfərovun iştirakı ilə Yeni Barak adlı kəndin açılışı olub. Mərasimdə çıxış edən prezident Sadır Çaparov kənd sakinlərinə yeni salınacaq qəsəbələrdə əmin-amanlıq və xoşbəxtlik arzulayıb.