Qırğızıstanın paytaxtı merinin müavini korrupsiya işi üzrə saxlanılıbbackend

Qırğızıstanda polis korrupsiyada şübhəli bilinən Bişkek merinin vitse-meri Jamalbek Yrsəliyevi saxlayıb.

Bu barədə TASS respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

“Bişkek şəhərinin vitse-meri Yrsəliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən korrupsiyada şübhəli bilinərək saxlanılıb”, – məlumatda deyilir.

İşlə bağlı rəsmi təfərrüatların yaxın vaxtlarda açıqlana biləcəyi qeyd edilir.