Qırmızı dənizdə köpək balıqlarının artmasının səbəbi məlum olubbackend

Süveyş kanalının tikintisi Qırmızı dənizdə bəzi köpək balıqlarının görünməsinə səbəb olub.

Ötən həftə Misirin Hurqadanın cənubunda yerləşən Makadi körfəzinin çimərlikləri yaxınlığında köpək balıqlarının peyda olmasına münasibət bildirən alim qeyd edib ki, Süveyş kanalının açılması Hind okeanından Aralıq dənizinə birbaşa, miqrasiya yolu açıb. Bu, böyük dəniz balıqlarının, o cümlədən köpək balıqlarının miqrasiya marşrutlarını dəyişdirdi.