Qış parkında havalandırma şaxtasına düşən şəxsin vəziyyəti AÇIQLANDIbackend

Qış parkı ərazisində havalandırma şaxtasına düşən şəxsin vəziyyəti açıqlanıb.

“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, xəstənin vəziyyəti ağırdır:

“1977-ci il təvəllüdlü Nuriyev Sahib Vasif oğluna sol baldır sümüyünün aşağı üçdə bir hissəsinin açıq sınığı diaqnozu qoyulub. Hazırda onun vəziyyəti ağır olduğu üçün əməliyyata alınıb”.