Qızıl son altı ayda maksimum bahalaşdıbackend

Çində karantin məhdudiyyətlərinin aradan qaldırılması və ABŞ-da aşağı inflyasiyanın əlamətləri fonunda qızıl bahalaşıb.

Qiymətli metalın dəyəri sentyabrın sonunda iki illik minimuma endikdən sonra artıq təxminən 200 dollar bahalaşıb.

Nyu-York əmtəə birjasında (NYMEX) qızılın fevral müqavilələrinin dəyəri 2% bahalaşaraq bir unsiya üçün 1841,8 dollara yüksəlib. Qiymətli metalın fyuçerslərinin qiymətləri iyulun 5-dən bəri ən yüksək səviyyəyə qalxıb.

Ümumilikdə isə qızıl bu rübdə 9%-dən çox bahalaşıb.

Mənbə: rbc.ru